MIPA — Metal industry and production apparatus.
Şirkətimiz 2023-cü ildə yaradılmışdır. Çinin TEDERİC şirkəti ilə müqavilə əsasinda rəsmi distibutor olaraq fəaliyyətə başlayan Mİ-PA, Azərbaycanda ilk injeksion aparatları satışını və servisini həyata keçirən şirkət olmuşdur. Bundan əlavə, yeni qurulan fabriklərdə qəlib istehsalina başlanmışdır. Rəhbərliyin doğru qərarları, işci heyyətin qüsursuz fəaliyyəti nəticəsində şirkətimiz qisa müddətdə Azərbaycanla yanaşi bir neçə dost ölkədə istehsalçılarla əməkdaşlığa başladı.
Müasir bazar qaydalarına tam uyğunlaşmaq bacarığı olan komanda üst üstə uğurlar qazanır, Azərbaycanda yeni istehsal sahəsinin təməlini qoymuşdur.
Biz Azərbaycanda və Azərbaycan üçün yaşayır, onun tərəqqisi və inkişafı uğrunda çalışırıq. Əsas missiyamız hər bir kəsi yeni, yüksək keyfiyyətli və lazımi məhsullarla təmin etməkdir. Missiyamızın həyata keçirilməsində biz aşağıdakı prinsipləri rəhbər tuturuq:
Müştərilər, partnyorlar və əməkdaşlar qarşısındakı öhdəliklərinə sadiq qalan etibarlı şirkət nüfuzunu təsdiq etmək;
Mövcud texnologiyaları təkmilləşdirməklə qarşıya qoyulmuş məsələlərin yeni həlli yollarını inkişaf etdirmək;
İşçilərimizin professionalığını artırmaqla, onlarla birlikdə inkişaf etmək;
Müştərilərimizin tələbatına və əməkdaşlarımızın yaradıcı potensialına uyğun olaraq şirkətin fəaliyyət sahələrni genişləndirmək.
VİZYONUMUZ
Fəaliyyət göstərdiyimiz bütün sahələrdə tanınan və müştərilərimiz tərəfindən qəbul edilən liderlik mövqeyini gücləndirmək;
Etibarlı tərəfdaş olmaq, biznesdə şəffaflığı və ədalətli rəqabəti qorumaq;
Uğurlu fəaliyyətimizlə Azərbaycanın iqtisadi inkişafına töhfələr vermək, qlobal resurslardan səmərəli istifadə etməklə xalqımızı keyfiyyətli və zövqlü məhsullarla təmin etmək.